Əsas Səhifə XƏBƏRLƏR Househub nədir?

Househub nədir?

Househub interyer, eksteryer və landşaft dizaynına aid bütün detalları özündə cəmləşdirərək, mağazalarla müştəriləri və bu sahədə çalışan peşəkarları bir arada birləşdirən onlayn platformadır.

Müştərilər bu platformadan istifadə edərək evin fərqli otaqlarına və eksteryerinə aid çeşidli dizayn nümunələri ilə tanış ola, mağazaların təklif etdiyi müxtəlif növ mebel və ev əşyalarını seçib sifariş edə bilərlər. Peşəkarlar və mağazalar isə, öz növbəsində, dizaynlarını və məhsullarını nümayiş etdirib daha geniş alıcı kütləsinə çata bilərlər.