Əsas Səhifə PROFİL Erto Mebel
Mağaza

Ceyhun Hacıbəyli küç 256 ; Əhməd Rəcəbli küç. 227


1996-cı ildə qurulmuş Erto Mebel şirkəti keyfiyyətli və rahat müştəri xidməti prinsipini əsas fəaliyyət istiqaməti seçərək bu sahədə lazimi işlər görmüşdür. Satışda ilk olaraq keyfiyyət sistemi yenilənmiş, xidmət səviyyəsi yüksəlmişdir. Müştəri xidməti üzrə satış və satışdan sonrakı xidmət sistemi qurulmuşdur. Müştərilərə mebel alışından sonra pulsuz çatdırılma və quraşdırılma xidməti göstərilir. Standart olaraq məhsullara zəmanət müddəti 2 ildir. Məhsul portfelindəki çeşid çoxluğu, keyfiyyətə daimi nəzarət, satış və satışdan sonrakı xidmət, müasir, dəbdəbəli dizayn, bir sözlə müştərilərin rahatlığını təmin edən iş prinsipimiz Erto şirkətinə öz məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır. Erto Mebel şirkəti hər zaman əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət ayırır. Hər zövqə uyğun, Avropanın son dəb qonaq, yataq, yumşaq dəstlərini (klassik, modern, avanqard) müştərilərinə təqdim edir. Eyni zamanda uşaq, mətbəx, otel və xəstəxana mebelləri, pərdə və tül sifarişi qəbul edir. Erto Mebel şirkətinin hədəfi bu sektorda irəliləmək, fəaliyyətində peşəkarlıq, etibarlılıq, məsuliyyət göstəricilərini əsas tutmaq və bütün müştərilərə yüksək keyfiyyətli məhsullar təqdim etməklə şirkətə inamı qoruyub saxlamaqdır. Komandamız alıcıların razılıq və sevincindən ruhlanan və onlara sevinc bəxş etməklə özlərini xoşbəxt sayan insanlardan ibarətdir. Bu sahədə əldə etdiyimiz inkişaf və yüksəliş bizə fəxr hissi yaşadır. Biz dəyişdikcə ətrafımız da dəyişir və gözəlləşir. Şirkətimizin adı və uğuru hər bir əməkdaşımızın ayrı-ayrılıqda öz işinə böyük məsuliyyət və peşəkarlıq hissi ilə birbaşa bağlıdır. Erto Mebel Evi müasir standartlara cavab verən xidmət səviyyəsi və ən zövqlü mebel çeşidləri ilə keyfiyyət, gözəllik axtaran müştərilərin yolunu gözləyir